XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 15:09

İki jurnalist canlı yayım zamanıgüllələnib

Dominikan Respublikasında canlı yayım zamanı iki jurnalist güllələnib. Faktla bağlı üç nəfər həbs edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə polisindən məlumat verilib.

Silahlı hücum paytaxt Santo Dominqonun şərqində yerləşən San Pedro de Makoris şəhərində baş verib. Jurnalistlərin biri efir zamanı canlı "Facebook" yayımında olub. İki dəqiqə davam edən videoyazıda atəş və ardından qadınların qışqırıq səsləri ilə yarımçıq qalan aparıcı Luis Manuel Medinanın çıxışı yer alıb.

L.M.Medinadan başqa, Dominikanın 103FM radiostansiyasının prodüseri Leo Martines də ölüb.

Digər bir qadın güllə yarası alıb və hazırda xəstəxanadadır.

Polis hücum edənlərin motivlərinin hələlik məlum olmadığını açıqlayıb.