XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2017 - 15:19

Rusiyada Türkiyə hərbçilərinəabidə qoyulacaq

tbmm

Türkiyə Böyük Millət Məclisi Rusiya ərazisində dəfn edilən türk əsgərlərinin xatirəsinə abidə qoyulması haqqında hökumətlərarası razılaşmanı təsdiqləyib.

“Report” xəbər verir ki, Rusiyanın Krasnoyarsk diyarında I Dünya müharibəsində itkin düşmüş Türkiyə hərbçilərinin dəfn edildiyi yerdə memorial tikiləcək.

Məlumata görə, Rusiyanın Vladivostok, Petrovsk və Kirov şəhərlərində dəfn edilən Türkiyə əsgərlərinin pasportlaşdırılmasının aparılması və onların hər birində abidənin ucaldılması planlaşdırılır.

Uyğun sənəd Türkiyə və Rusiya xarici işlər nazirlərinin 2012-ci il dekabrın 3-də iki ölkənin Ali Əməkdaşlıq Şurasının III iclasında imzalanıb.

Rusiya bu sənədi 2013-cü il dekabrın 11-də təsdiqləyib.

Razılaşma Türkiyə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.