Rusiya Xarici İşlər Nazirliyi Ağ Evin Krımla bağlı bəyanatına münasibət bildirib.
APA-nın verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib ki, Moskva öz ərazilərini qaytarmır: “Biz öz ərazimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”.
Xatırladaq ki, bir az əvvəl Ağ Evin sözçüsü Şon Spayser prezident Donald Trampın Rusiyanın Krımı geri qaytaracağını gözlədiyini söyləmişdi.