Birləşmiş Ərəb Əmirliklərinin Əfqanıstandakı səfiri Cuma Məhəmməd Abdullah əl-Kaabi bu gün vəfat edib.
Strateq.az xəbər verir ki, məlumatı BƏƏ-nin Xarici İşlər Nazirliyi elan edib.
Səfir ötən ay Qəndəharda bombalı hücuma məruz qalmış və ağır yaralanmışdı.
Terror aktı zamanı beş BƏƏ vətəndaşı da həlak olub.