XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 16:40

Bəhram Qasimi Ərdoğana yazılı cavab verdi:"Terrorun gizli dəstəkçiləri var"

139511041351172529777894

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Türkiyə prezidenti Ərdoğanı sərt tənqid edib.

Strateq.az xəbər verir ki, Ərdoğanın rəsmi Tehranı İraqı və Bəhreyni öz təsir dairəsinə salması ilə bağlı ittihamına yazılı şərh verilib.

Bəhram Qasımi həmin şərhdə qeyd edir: "İranın İraqda varlığı bu ölkə hökumətinin dəvəti ilə həyata keçib və İran İraqda terror dəstələrinə qarşı döyüşür".

XİN sözçüsü Türkiyə siyasətçilərinə xitabən bildirib ki, bölgənin sabitlik və təhlükəsizliyi İranın birinci prioritetidir. "Bölgədə qarışıqlığın və qeyri-sabitliyin davamlılığının səbəbi terrorist təşkilatlara gizli və açıq dəstək vermək, onları öz siyasi məqsədləri üçün istifadə etmək, qonşu ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmətsizlikdir. Bu yanaşma bölgənin vəziyyətini daha da pisləşdirəcək".

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan Bəhreynə səfəri zamanı İranın İraq və Suriyada varlığını məzhəbi mübarizə, eyni zamanda, fars milliyyətçiliyi kimi səciyyələndirib. "Biz zülmə tamaşaçı qala bilmərik və qalmayacağıq", – deyə Ərdoğan fikrini tamamlayıb.