XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 16:20

ABŞ və Asiya ölkələri Donald Trampın dövründə ilk birgə hərbitəlimlər keçirirlər

Donald Trampın Prezidentliyi dövründə ABŞ və onun Asiyadakı müttəfiqləri ilk birgə hərbi təlimlərə başlayıblar.

ABŞ və Tailand tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “Cobra Gold” təlimləri Asiyada ən böyük hərbi təlimlər hesab olunur.

Cari ildə bu təlimlərdə 29 ölkədən, o cümlədən Yaponiya, Cənubi Koreya və Cənub-Şərqi Asiya ölkələrindən 8300 hərbçi iştirak edir.

ABŞ-ın Sakit okeandakı silahlı qüvvələrinin komandanı admiral Qarri Harris bildirib ki, bu təlimlər ABŞ-ın Asiya-Sakit okean ölkələri ilə həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Admiral qeyd edib ki, ABŞ bu regionda təhlükəsizliyin qorunmasında iştirakını davam etdirəcək. /Azərtac