XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 17:50

Sakit okeanın dərinliklərində qadağan edilmişmaddələr tapılıb

Sakit okeanın dərinliklərindən 1970-ci illərdə qadağan edilən kimyəvi maddələr tapılıb.

Azərtac bbc.com saytına istinadla xəbər verir ki, alimlər polixlorlaşmış difenil (PXD) və polibromlu difenil efirləri (PBDE) kimi çirkləndiricilərin dərin dəniz ekosistemlərində yüksək konsentrasiyasının olmasına təəccübləniblər. Nəticələr “Təbiət Ekologiyası və Təkamül” jurnalında dərc olunub. Nyukasl Universitetinin tədqiqatçıları Sakit okean səthinin dərinliklərində xərçəngkimilər növündən olan yanüzənlərin piy toxumasındakı çirkləndiricilərin səviyyələrini nümünə olaraq götürüblər. Heyvanlar 10 km-dən daha dərində və bir-birilərindən 7 min km uzaqlıqda yerləşən Mariana və Kermadek çokəklərindən əldə edilib.

PXD və PBDE XX əsrdə geniş istifadə olunsa da sonradan zərərli olduqları və təbiətdə toplanması təsbit edilib. PXB istehsalına 1979-cu ildə ABŞ-da və 2001-ci ildə BMT tərəfindən “Davamlı Üzvi Çirkləndiricilər”ə dair Stokholmda imzalanmış Sazişə əsasən qadağa qoyulub. 1930-1970-ci illər ərzində bu maddənin istehsalının1.3 milyon ton olduğu təxmin edilir.