XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 18:36

Ayətullah Xamneidən sabiq prezidentə cavab:"Milli barış"ın mənası yoxdur"

2379045

Bu gün Şərqi Azərbaycan vilayəti, o cümlədən Təbriz sakinləri ilə görüş keçirən İranın ali dini lideri bir sıra mesajlar verib.

Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, Ayətullah Xamnei ABŞ-ın köhnə və yeni administrasiyasının İranı müharibə ilə təhdid etməsi ilə bağlı deyib: "Bütün sözləri yalandan ibarətdir. Onlar bizi iqtisadi mübarizədən sapdırmağa çalışıb, hərbi sahəyə diqqət yetirməmizi istəyirlər".

"130 il ərzində Təbriz İran xalqının müqavimətinin ən əhəmiyyətli mərkəzlərindən biri idi", – deyən Ayətullah Xamnei əlavə edib: "Türk, fars, lur, kürd, ərəb və bəluç kimi fərqli etnik qrupların bir arada olması ölkənin inkişafı üçün parlaq bir fürsətdir. Düşmən bu etnik qruplar arasında problem yaradıb, hadisələrdən faydalanmağı planlaşdırır, ancaq millətin birliyi buna hər zaman maneə törədir".

Ayətullah Xamnei "milli barış" çağırışında məna görmədiyini deyib. "Xalqımız bir-biri ilə küsülü olmadığı üçün elə bir sülhə ehtiyac yoxdur. Ancaq xalqımız, 2009-cu ildəki bədniyyət hadisələrdə olduğu kimi, dini inanclarına xəyanət edənlərlə heç bir zaman barışmayacaq".

Xatırladaq ki, "milli barış" çağırışını edən sabiq İran prezidenti Məhəməd Xatəmidir.