XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 February 2017 - 20:14

İranla nüvə sazişinin gizli tərəfləri var –"Amad News"un iddiası

Bilateral_Nuclear_Talks_-_Ernest_Moniz-John_Kerry-Mohammad_Javad_Zarif-Ali_Akbar_Salehi

İrandakı islahatçı siyasi qanada yaxın mənbələr ABŞ və İran arasında nüvə sazişinin gizli təfərrüatlarını açıqlayıb.

Strateq.az "Amad News"a istinadla xəbər verir ki, sazişin öhdəliklərindən biri rəsmi Tehranla bağlı şəxslərə 2800 "Green Card" ("Yaşıl Kart") verilməsi vasitəsilə ABŞ-dan İrana investisiyalar transferidir.

Sazişdə ABŞ-da məscid tikintisi də nəzərdə tutulub.

"Amad News"ın iddiasına görə, "Green Card"lar ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin birbaşa göstərişi ilə İran, İraq və Suriya pasportları olan yüksək səviyyəli rejim rəsmilərinə verilib. 

Rəsmi Tehran beynəlxalq sanksiyalarla ABŞ-da dondurulmuş İran aktivlərini (29, ya da 120 milyard dollar) geri ala bilib.