XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 21:26

Avropalı deputatlar Aİ ilə Kanada arasında ticarət sazişininlehinə səs verdilər

Avropa Parlamentinin deputatları fevralın 15-də Avropa İttifaqı (Aİ) və Kanada arasında ticarət sazişinə səs çoxluğu ilə dəstək verdilər. Avropa ölkələrində etiraz aksiyalarına baxmayaraq, saziş bu qərardan sonra qismən qüvvəyə minəcək. Tam qüvvəyə minməsi üçün isə Avropa İttifaqının hər bir ölkəsi tərəfindən ratifikasiya olunmalıdır.

“Euobserver” nəşrinin məlumatına əsasən, Avropa İttifaqında 3 milyon 500 min nəfər sazişə qarşı çıxaraq petisiyaya imza atmışdır. Saziş tam qüvvəyə mindikdə Kanada və Aİ arasında 98 faiz vergilərin ləğv edilməsi gözlənilir. Rəsmi Brüssel sazişdən sonra ticarət dövriyyəsinin 12 milyard artmasına ümid edir. Eyni zamanda, saziş rumın və bolqar vətəndaşlarının 2017-ci il dekabrın 1-dən Kanadaya vizasız girişinə şərait yaratdı(azərtac).