XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 01:40

Тramp:“İsrail məskunlaşma ilə bağlı fəallıqdan çəkinməlidir”

Tramp Netanyahu

İsrail Fələstin ərazilərində məskən salma ilə bağlı fəallıqdan çəkinməlidir.

Bunu ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

“Mən istərdim ki, siz Fələstin ərazilərində məskən salma ilə bağlı fəallıqdan bir az çəkinəsiz. Düşünürəm ki, biz bu məsələni razılaşma yolu ilə həll edə bilərik”, deyə D.Tramp bildirib.

Buna cavab olaraq Benyamin Netanyahu “gəlin cəhd edək” deyib. Tramp zarafatla bu sözlərin elədə optimistik səslənmədiyini qeyd edib.

2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.

Qeyd edək ki, İsrail hökuməti bundan əvvəl İordan çayının qərb sahilindəki yəhudi məskənlərində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib. /APA