XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 February 2017 - 02:02

Stoltenberq:“NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır”

stoltonberq-2

NATO ölkələrinə qarşı kiberhücumların arxasında Rusiya dayanır.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz kiberhücumların sayının artmasını müşahidə edir, onların bəzilərinin arxasında Rusiyanın durduğunu görürük. 2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb”, deyə Y. Stoltenberq bildirib.

Onun sözlərinə görə, kibermüdafiə tədbirləri və NATO ölkələrində müvafiq təlim texnologiyalarının yaradılmasının vacibliyini vurğulayıb:  “Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”. /APA