XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 09:26

İran mediası:"General Hovard "bizim adam"dır"

1395112722194740210020124

İran mediası Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə namizədlərdən biri olan general Robert Hovard barədə maraqlı bir məqama diqqət çəkib.

Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, Maykl Flinnin yerini tutmağa ən şanslı namizəd ötən əsrin 70-ci illərində Tehrandakı Amerikan məktəbində təhsil alıb. Çünki R.Hovardın atası həmin dönəmdə ABŞ ordusunda xidməti vəzifəsini yerinə yetirməklə bərabər, İran ordusunun müşavirlərindən biri olub. 

Həmyaşıdları arasında amerikan futbolunun usta oyunçusu kimi xatırlanan R.Hovardla eyni sinifdə oxumuş və hazırda 61 yaşı olan Con Martinin sözlərinə görə, o, boş vaxtlarında fars dilini öyrənirmiş. 1974-cü ildə orta məktəbi bitirib ABŞ-a yollandıqda R.Hovard artıq fars dilini mükəmməl bilimiş.

1395112722205899610020144