XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 11:58

Türk ordusu Əl-Bab şəhərini İŞİD terrorçularından azad edib

el-bab

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhəri İŞİD terrorçularından azad edilib.

 “Hürriyet” qəzetinin verdiyi məlumata görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar bildirib.

 Əl-Bab İŞİD-in Suriyada Rakkadan sonra ikinci əsas mərkəzi olub. Türkiyə ordusunun dəstəklədiyi müxalif Azad Suriya Ordusu şəhərin azad edilməsi əməliyyatına keçən ilin dekabrında başlayıb. Bu şəhər PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyə sərhədi boyunca zolaq yaratmasının qarşısının alınması, İŞİD-in Türkiyə sərhədlərindən uzaqlaşdırılması baxımından böyük strateji əhəmiyyətə maik olub. Hazırda şəhərdə minalardan təmizləmə əməliyyatları aparılır.