XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 13:02

General Qasim Süleymani gizlicə Moskvaya gedib –"Fox News"un iddiası

qasim-sul-moskva

"Fox News"un məlumatına görə, İslam inqilabı Keşikçiləri Korpusu "Qüds" qvardiyasının komandanı general Qasim Süleymani Rusiyaya gizli səfər edib.

Strateq.az xəbər verir ki, məlumatda ABŞ-ın məxfi xidmətinə istinad edilib.

"Fox News"un iddiasına görə, fevralın 14-də axşam Rusiyaya yollanan Q.Süleymani "Watcher" aviaşirkətinin sərnişin təyyarəsindən istifadə edib.

O, Moskvada bir sıra Rusiya rəsmiləri ilə gizli görüşlər keçirib.

Danışıqlarda Rusiya Federasiyasının Səudiyyə Ərəbistanı daxil olmaqla, Fars körfəzi ölkələrinə silah satışının əsas mövzu olduğu bildirilir. Q.Süleymani bu ölkələrlə sövdələşmələrə yenidən baxılmasını istəyib. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rəsmiləri "Fox News"un məlumatını şərh etməkdən yayınıblar. Dövlət Departamentidə isə Q.Süleymaninin Rusiyaya səfəri barədə məlumatın olmadığı bildirilib.

Xatırladaq ki, əvvəllər də Q.Süleymaninin Vladimir Putin və Sergey Şoyqu ilə Moskvada görüşləri barədə məlumatlar yayılıb. 

2012-ci ilin avqusrtundan o, Suriyadakı fəaliyyətinə görə ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.