XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 13:07

NATO-dan bəyanat:“Cozef Danford və Valeri Gerasimovun Bakı görüşü vacibdir”

Jens Stoltenberg

“ABŞ və Rusiya silahlı qüvvələrinin baş qərargah rəisləri – Cozef Danford və Valeri Gerasimovun Bakı görüşü vacibdir”.

 “Azadlıq” radiosunun verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

 Y. Stoltenberq NATO üzrə müttəfiqlərin ikitərəfli əsasda Rusiya ilə dialoqu və ünsiyyət kanallarını inkişaf etdirmək cəhdlərini alqışlayıb. O qeyd edib ki, NATO-Rusiya Şurasının son iki iclasında V. Gerasimov və NATO Hərbi Komitəsi sədri Petr Pavel arasında birbaşa təmas olmayıb. Həmin görüşlərdə NATO və Rusiya arasında hərbi şəffaflıq, risklərin azaldılması və digər məsələlər müzakirə edilib.