CNN-nin məlumatına görə, Pentaqon İŞİD-lə mübarizə üçün Suriyaya əsgər göndərmək imkanını nəzərdən keçirir.
Strateq.az xəbər verir ki, Donald Tramp administrasiyası fevralın sonuna qədər Suriyaya dair planını sürətləndirmək niyyətindədir.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi "CNN"ə bildirib ki, Amerika artıq Suriyaya göndəriləcək xüsusi qüvvələri səfərbər edib.
Pentaqon prezident D.Trampa bir neçə hərəkət planı təqdim edib.