XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Fevral 2017 - 08:33

Donald Tramp:"Rusiya ilə sərt davrannmaq mənim üçün daha asan olardı, amma bunu istəmirəm"

4442168

ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri düzəltmək istədiyini bildirib.

Strateq.az TASS-a istinadən xəbər verir ki, Ağ Evdə keçirdiyi mətbuat konfransında o, bunun Amerikanın və bütün dünyanın maraqlarına cavab verdiyinə əminliyini ifadə edib.

Jurnalistlərin suallarını cavablandıran D.Tramp deyib ki, Rusiyaya qarşı sərt mövqe nümayiş etdirmək onun üçün daha asan olardı, lakin şüurlu şəkildə bunu etmək istəmir. 

"Mən Amerika xalqı üçün düzgün olanı etmək istəyirəm. Sözün düzü, bu, bütün dünya üçün də doğru olar".

D.Tramp xatırladıb ki, ABŞ və Rusiya iki qüdrətli nüvə dövlətidir: "Nüvə Holokostu isə heç nə ilə müqayisə edilə bilməz. Buna görə də ABŞ və Rusiyanın öz aralarında münasibətləri nizama salması pis yox, yaxşıdır.

"Özümü siyasətçi adlandırıram, yəqin ki, məhz belədir", – deyən D.Trampın fikrincə, ola bilsin ki, onunla anlaşmaq V.Putinə hörmət qazandırmır: "Bununla belə, Rusiya ilə münasibətləri sahmana salmağa cəhd göstərəcəyəm".  

Çoxsaylı jurnalistlərin suallarını cavablandıran D.Trampa ABŞ sahillərində Rusiya kəşfiyyat gəmisinin peyda olması barədə sual verilib. Prezident təxribatların yaxşı əlamət olmadığını billdirib: "Mən heç vaxt hərbi cavablar barədə açıq danışmıram".

ABŞ prezidenti Maykl Flinnin istefa verməyə məcbur etdiyini də etiraf edib.

Ağ Evdən informasiya sızmaları barədə suala cavab verərkən Tramp bildirib ki, bununla bağlı Ədliyyə Nazirliyi və hüquq-mühafizə orqanlarına lazımi göstəriş verib. "Mən Şimali Koreya və Yaxın Şərq problemləri ilə məşğul olanda necə olacaq? Hər şey mətbuata sızacaq və dərc olunacaq?".

Prezident yenidən medianı saxta məlumatlar dərc etməkdə ittiham edib. O, "The New York Times" və "The Washington Post", habelə CNN və BBC-nin ünvanına tənqidlər səsləndirib.

"Administrasiyanın işində heç bir xaos yoxdur, əksinə, o, saz maşın kimi işləyir", – deyə Tramp öz hökuməti barədə iddialara cavab verib.