XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2017 - 10:38

Pentaqon:"İŞİD-ə qarşı zənginləşdirilmiş urandan istifadə olunub"

nusra

Amerika Birləşmiş Ştatları 2015-ci ildə İŞİD-in yük konvoylarına hava hücumunda iki dəfə uranla zənginləşdirilmiş tank əleyhinə mərmilərdən istifadə edib.

Strateq.az xəbər verir ki, bunu Pentaqon rəsmisi açıqlayıb. 

Pentaqonun sözçüsü Coş Jakın "A-10" hücum təyyarəsinin "İslam Dövləti" üçün neft daşıyan tankerlərə hücumların dəqiq tarixlərini söyləyib: 2015-ci il noyabrın 16-ı və 22-i. 

Xatırladaq ki, zənginləşdirilmiş uranın istifadəsi əsgərlərin sağlamlığı üçün risk yaratdığı, mülki əhali və ətraf mühiti zəhərlədiyi üçün Pentaqon həmişə tənqid edilib. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı bu silahı "kimyəvi və radioaktiv zəhərli ağır metal" kimi səciyyəlndirir.