XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2017 - 11:25

Tehran-Riyad:"Şərtlər yerinə yetirlərsə, iranlı zəvvarlar bu il həccə gedəcək"

2378255 

İranın mədəniyyət və islami irşad naziri İran nümayəndə heyətinin martın 5-də Səudiyyə Ərəbistanına gedəcəyini açıqlayıb.

Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, Salehi Əmiri heyətin Riyadda həcc ziyarəti məsələsini müzakirə edəcəyini bildirib.

S.Əmiri deyib: "İranlı zəvvarların təhlükəsizliyinin və ləyaqətinin qorumnması, eləcə də Minada baş vermiş faciədə ölənlər üçün diyə (haqq) ödənilməsi ən vacib şərtlərdir. Səudiyyə Ərəbistanı bu şərtləri qəbul etdiyi təqdirdə, iranlı zəvvarlar artıq bu il həcc ziyarətinə gedəcəklər".

Xatırladaq ki, eyni məsələ ilə bağlı fevralın 23-də də İran nümayəndə heyətinin Səudiyyə Ərəbistanına yola düşməsi gözlənilir.

İran zəvvarları artıq bir neçə ildir ki, həcc ziyarətinə getmirlər.