XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2017 - 16:35

Valid Fares:"İnanmıram ki, Rusiya "Hizbullah"a münasibəti dəyişmək üçün Trampa təzyiq göstərə bilsin"

walid-phares

"İŞİD-in çökdürülməsində və onların mötədil sünni-ərəblərlə əvəzlənməsində, yaxud İran və "Hizbullah"ın hərbi varlığına münasibətdə ilk prioritet ABŞ-la Rusiya arasındakı danışıqlarıdır".

Strateq.az xəbər verir ki, bunu Donald Trampın Yaxın Şərq üzrə köməkçisi Vəlid Fares "Ən-Nəhar" nəşrinə müsahibəsində deyib.

V.Fares fikrinin davamında əlavə edib: "Hizbullah" İŞİD-ə qarşı döyüşür. Lakin bu, ABŞ-ın ona qarşı mövqeyini dəyişməyəcək. Düşmənimlə döyüşmək hələ mənim müttəfiqim olmaq anlamına gəlmir". 

Ekspertin sözlərinə görə, birinci mərhələdə Suriyadan bütün qoşunlar, o cümlədən ekzotik könüllü dəstələri çıxarılmalıdır və Rusiya ilə ilk növbədə, bu barədə danışşılacaq.

"İnanmıram ki, Rusiya "Hizbullah"a münasibəti dəyişmək üçün Trampa təzyiq göstərə bilsin. Amma Tramp Rusiyanın "Hizbullah"a münasibətini dəyişməsi üçün təzyiq göstərəcək".