Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində ümrə həccini də yerinə yetirib.
Strateq.az "Al Arabia"ya istinadla xəbər verir ki, dövlət başçısı hətta ziyarət zamanı da foto-kameralardan yayına bilməyib.
Yanında digər rəsmilər də olan Ərdoğan, şərəfli qonaq kimi, Kəbə Evinə də daxil olub.