XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

17 Fevral 2017 - 17:21

Məxfi xidmətlər Donald Trampdan nəyi gizlədir? –CIA-dan açıqlama

BN-QW271_1118po_GR_20161118081710

CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru Mayk Pompeo agentliyin məxfi məlumatları D.Trampdan gizlətməsi iddialarını təkzib edib.

Strateq.az AP-yə istinadla xəbər verir ki, M.Pompeo bu cür məlumatları əsassız adlandırıb. 

Xatırladaq ki, bu iddianın mənbəyi "The Wall Street Journal" nəşridir.

M.Pompeonun bəyanatı Ağ Evin milyarder Stiven Faynberqdən ABŞ kəşfiyyatının icmalını nəzərdən keçirməyi xahiş etməsi barədə administrasiya rəsmilərindən birinin açıqlaması ilə eyni günə təsadüf edib.

S.Faynberg "Cerberus Capital Management" özəl səhmdar şirkətinin həmtəsisçisidir. Ona qeyri-rəsmi olaraq müxtəlif kəşfiyyat orqanları arasında səmərəliliyi və koordinasiyanın təkmilləşdirilməsi barədə tövsiyələr hazırlamaq xahiş edilib.