Qiyamçılar ötən gün ərzində ağır itkilərə məruz qalıblar
Qiyamçı husilər Yəmənin şimal-şərqindəki həbsxanadan 1800-dən çox dustağı azad ediblər. Hadisə ölkənin mərkəzi həbsxanalarından birinin yerləşdiyi Səədə şəhərinə husilərin hücumu zamanı baş verib.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, husilər başqa şəhərlərdə də dustaqları azad etməyə cəhd ediblər.
Qeyd edək ki, husilər ötən gün ərzində ağır itkilərə məruz qalıblar. Ədən şəhəri uğrunda indiki prezident Mənsur Hadiyə sadiq qüvvələrlə qiyamçı husilər arasında döyüşlər təzələnib.