XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 03:10

Tramp:“KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur"

Tramp KİV

ABŞ prezidenti Donald Tramp bir sıra KİV-ləri "xalq düşməni" adlandırıb.

O, bu barədə özünün “Tvitter” hesabında yazıb.

“The New York Times qəzeti, NBC, ABC, CBS, CNN telekanalları mənim deyil, Amerika xalqının düşmənləridir”, Tramp qeyd edib.

Bundan əvvəl Donald Tramp dəfələrlə KİV-ləri onun fəaliyyətini qərəzli işıqlandırmaqda ittiham edərək, sərt tənqid atəşinə tutub, rüşvətxor adlandırıb.

“KİV əməkdaşlarından daha çox rüşvətxor heç kim yoxdur. Hamısı olmasa da, əksəriyyəti elədir. Onlar – korrupsiyalaşmış bir qrupdur”, – bu barədə Tramp ötən ilin oktyabrında Floridada tərəfdarları ilə seçkiqabağı  görüşdə bildirmişdi. /APA