ABŞ Senatının Silahlı Qüvvələr üzrə Komitəsinin rəhbəri Con Makkeyn Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, ruslar hər gün ukraynalıları öldürürlər.
"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin nümayəndəsi Svyatoslav Seqolko öz "Twitter" mikrobloqunda yazıb.
"Ruslar hər gün ukraynalıları öldürürlər", – deyə S.Seqolko senatorun sözlərini sitat gətirib.