XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 12:03

Prezident ona məxsus bank hesablarının dərc edilməsi barədəgöstəriş verib

Filippin prezidenti Rodriqo Duterte qeyri-qanuni yolla varlanması barədə ittihamlar fonunda ona məxsus bank hesablarının dərc edilməsi barədə göstəriş verib.

R.Duterte bəyan edib ki, o, pulların yuyulması ilə mübarizə şurasına və digər qurumlara ona məxsus varidatın açıqlanması barədə göstəriş verib.

Filippinin müxalifət partiyasından olan senator Antonio Trillians fevralın 16-da R.Dutertedən öz bank hesablarını dərc etməsini tələb edib. A.Trillians Filippində prezident seçkiləri zamanı da bu tələblə çıxış edib. Bu dəfə senator bəyan edib ki, onun qənaətinə görə, prezidentin bank hesablarında bəyan edilməyən 2 milyard peso (təqribən 40 milyon dollar) var.

Bunun cavabında R.Duterte müxalif senatorun onun qeyri-qanuni varlanması barədə sübut təqdim edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib. O, həmçinin senatora məhkəməyə müraciət etməyi tövsiyə edib. /Azərtac