XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 12:10

Avstraliya və Yeni Zelandiya Trans-Sakit Okean Tərəfdaşlığı barədə razılaşmanıbirgə reallaşdıracaqlar

ABŞ-ın Trans-Sakit Okean Tərəfdaşlığından (TTP) çıxması barədə planlarına baxmayaraq, Avstraliya və Yeni Zellandiya bu razılaşmanı birlikdə həyata keçirəcəklər.

Bu fikir həmin ölkələrin baş nazirləri Malkolm Ternbull və Bill İnqilişin fevralın 17-də Kvinstaunda keçirilən görüşündən sonra qəbul etdikləri birgə bəyanatda öz əksini tapıb.

Sənəddə deyilir: “TTP regional iqtisadi inteqrasiyaya kömək etməklə iqtisadi tərəqqinin, innovasiyaların və rəqabətədavamlılığın lokomotivi kimi çıxış edir. TTP iştirakçı ölkələrin hamısına və hər birinə ayrılıqda mühüm fayda verə bilər. ABŞ-ın TTP-ni ratifikasiya etməmək barədə niyyətinə baxmayaraq, Avstraliya və Yeni Zellandiya yaxın aylarda TTP-nin irəli aparılması üçün digər tərəfdaşları ilə birlikdə çalışmaq barədə razılığa gəliblər”.

M.Ternbull və B.İnqiliş Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə danışıqların davam etdirilməsinə sadiq qalacaqlarını da bildiriblər. Azad ticarət barədə bu yeni tərəfdaşlığa Avstraliya, Yeni Zellandiya, ASEAN ölkələri, Hindistan, Çin, Cənubi Koreya və Yaponiyanın daxil olacağı gözlənilir.

Xatırladaq ki, TTP-nin yaradılması barədə razılaşma 12 iştirakçı ölkə tərəfindən ötən ilin fevralında imzalanıb. Sənədə əsasən, Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zellandiya, Peru, Sinqapur, ABŞ, Çili və Yaponiya bu azad ticarət zonasının iştirakçısı olmalı idilər. Lakin prezident Donald Tramp ABŞ-ın TTP-də iştirak etməyəcəyi barədə sərəncam imzalayıb. /Azərtac