XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 12:34

ABŞ prezidentlərininreytinqi açıqlanıb

Amerikanın “C-Span” kabel televiziyası politoloq tarixçi və digər profil mütəxəssislərin tərtib etdiyi ABŞ prezidentlərinin reytinqini açıqlayıb. Səsvermənin nəticələrinə əsasən, reytinqdə ilk yeri ABŞ-ın 16-cı prezidenti Avraam Linkoln, ikinci və üçüncü yerləri müvafiq olaraq Corc Vaşinqton və Franklin Ruzvelt tutublar.

Amerika administrasiyasının bundan əvvəlki başçısı Barak Obama siyahıda yalnız 12-ci yerdə qərarlaşsa da, iqtisadi tənzimləmə sahəsində digər siyahıda 8-ci yerə layiq görülüb. Bununla yanaşı, mütəxəssislərin fikrincə Obama Konqreslə qarşılıqlı əməkdaşlıqda özünü pis göstərib və bu parametrlərə görə 39-cu olub.

Ən pis göstərici isə yekun reytinqdə 33-cü yeri tutan kiçik Corc Buşa məxsusdur. O, xarici siyasət məsələlərində də özünü pis göstərərək bu sahədə 41-ci yerdə qərarlaşıb.

“Amerika liderlərinin özünəməxsus xit-paradının” tərtib olunmasında 90-dan çox tarixçi, həmçinin ABŞ-ın məşhur “beyin mərkəzlərinin” ekspertləri iştirak ediblər. /Azərtac