XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 14:20

Norveç Dövlət Pensiya Fondu yaxın 10 ildə aktivlərininyarısını itirə bilər

Neftdən gələn artıq gəlirlərin toplandığı suveren fond olan Norveç Dövlət Pensiya Fondu (keçmiş Neft Fondu) artıq yaxın illərdə kəskin azala bilər.

Bu barədə məlumatı Norveç KİV-ləri Norveç Mərkəzi Bankının başçısı Oysten Olsenin sözlərinə istinadla yayıblar. O bildirib ki, bu hadisə büdcə kəsirinin yerinin doldurulması üçün fonddakı kapitaldan indiki şəkildə istifadə ediləcəyi təqdirdə baş verə bilər.

O.Olsen vurğulayıb ki, dövlətin fonddan vəsait götürməsi belə sürətlə davam edərsə, yaxud daha da artarsa, bu, yaxın on ildə fondun iki dəfə azalmasına rəvac verə bilər. O.Olsen bu ssenarinin həyata keçməsinə yol verməmək üçün fiskal siyasətini uzun müddətə sərtləşdirməyə və Fonddan götürülən vəsaitin yolverilən miqdarını azaltmağa çağırır. Bundan əlavə, təkcə neft gəlirlərindən asılı olmamaq üçün Norveç büdcə gəlirlərini daha da şaxələndirməlidir.

Qeyd edək ki, Norveç Dövlət Pensiya Fondu Avropada ən iri səhmdardır. 2016-cı il mayın 2-nə olan vəziyyətə görə, Fondun aktivlərinin dəyəri 873 milyard dollardır. /Azərtac