Çin fevralın 19-dan başlayaraq Şimali Koreyadan kömür idxalını dayandıracaq.
Bu barədə ölkənin ticarət naziri bəyanat yayıb.
Nazir qadağaların dekabrın 31-dək qüvvədə ola biləcəyini bildirsə də, ancaq nəyə görə bütün yüklərin boşaldılmayacağına aydınlıq gətirməyib.
Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi ötən həftə xəbər yayıb ki, Şimali Koreyanın 1 mln. dollar dəyərində kömürünün Çinin şərqindəki Venzhou limanında boşaldılmasından imtina edilib. Bu addım rəsmi Pxenyanın ballistik raket buraxılışını sınaqdan keçirnəsindən bir gün sonra atılıb. /"Report"