Belçikada sərnişin qatarının relsdən çıxması nəticəsində azı bir nəfər ölüb, 20 nəfər yaralanıb.
Azərtac xəbər verir ki, bu barədə VTM telekanalı yanğınsöndürənlərə istinadla məlumat yayıb.
Qatar Belçikanın mərkəzi hissəsində Lyüven vağzalında relsdən çıxıb. Hadisə nəticəsində müxtəlif istiqamətlərdə qatarların hərəkəti dayandırılıb. Qəzanın səbəbləri hələlik məlum deyil.
Ölkənin baş naziri Şarl Mişelin hadisə yerinə gəldiyi bildirilir.