XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2017 - 19:51

Mahmud Əhmədinejadın müavini prezidentliyə namizədliyini açıqladı –Əvvəllər həbs olunub

hamid-bagayi

Həmid Bəqayi – sabiq İran prezidenti Mahmud Əhmədinejadın dövrünün vitse-prezidenti və Mədəni İrs Fondunun rəhbəri mayın 19-da keçiriləcək prezident seçkilərinə namizədliyini elan edib.

Strateq.az İran mediasına istinadla xəbər verir ki, onun namizədliyini ölkənin mühafizəkar meyilli müstəqil qrupları və siyasi cərəyanları dəstəkləyir.

H.Bəqayi namizədliyini "milli həmrəylik" naminə irəli sürdüyünü bildirib.

Bundan əvvəl Mahmud Əhmədinejad qarşıdakı seçkilərdə hər hansı bir partiya və ya qrupa, yaxud namizədə dəstək verməyəcəyini deyib.

İranın məhkəmə sisteminin sözçüsü Qulam Hüseyn Mohseni Ejei təxminən iki il əvvəl Hamid Bəqayinin həbs olunduğunu açıqlayıb. Lakin bir neçə ay sonra zaminə götürülməklə həbs qərarının dəyişdirildiyi elan olunub.

Həbsin səbəbi indiyədək rəsmən izah edilməyib.