XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2017 - 21:16

Türk hərbçilərə Rusiyaya səfər etməyəicazə veriləcək

Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahı yaxın zamanda türk hərbçilərin Rusiyaya səfərlərinə qoyulan qadağanı ləğv etmək niyyətindədir.  

Bu barədə APA “Anadolu”ya istinadən xəbər verir.

Xatırladaq ki, qadağa 2015-ci ilin noyabrından, Türkiyə Hərbi-Hava Qüvvələrinin Rusiyaya məxsus SU-24 təyyarəsini vurmasından sonra  tətbiq edilib.   

Türkiyə Silahlı Qüvvələrinin normativ sənədlərinə əsasən, hərbçilərin xarici ölkələrə planlaşdırılmış səfərlərinin müddəti il ərzində 30 gündən çox olmamalıdır. Bundan başqa, türk hərbçilər xarici ölkələrə ixtisas artırmaq və seminarlarda iştirak etmək üçün səfər edə bilərlər.