XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 February 2017 - 21:31

Rusiya Ukraynanın şərqindəki separatçı rejimlər tərəfindən verilənsənədləri tanıyıb

Russian President Vladimir Putin gestures during his annual end-of-year news conference in Moscow December 18, 2014. REUTERS/Maxim Zmeyev

Rusiya Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanıyıb.Rusiya prezidenti Vladimir Putin bu gün Ukraynanın  Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında daimi yaşayan Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlərin Rusiyada tanınması barədə fərman imzalayıb.     

Fərmanda qeyd olunur ki, bu, müvəqqəti tədbirdir və qeyd olunan rayonlarda vəziyyət siyasi cəhətdən nizamlananadək qüvvədə olacaq.   

O vaxtadək qeyd olunan ərazilərdə faktiki olaraq fəaliyyət göstərən orqanlar tərəfindən verilən sənədlər həqiqi hesab ediləcək.  

Fərmanda,  Ukraynanın  Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarında daimi yaşayan Ukrayna vətəndaşları və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya vizasız gediş-gəlişinə icazə verildiyi qeyd olunur.  

Fərman imzalandığı gündən qüvvəyə minir.   (APA)