"Livan suverenliyinə ünvanlanan istənilən İsrail hədəsinə müvafiq cavab veriləcək".
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, bunu prezidenti Mişel Aun deyib.
Dövlət başçısından əvvəl İsrailin kəşfiyyat naziri İzrael Katz bildirib ki, "Hizbullah"ın İsrailə zərbə endirəcəyi təqdirdə bütün Livan hədəfə çevriləcək.
Xatırladaq ki, 2006-cı ildə İsrailin təcavüzü ilə iki ölkə arasında müharibə baş verib