ABŞ-ın müdafiə naziri Cim Mettis Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
Strateq.az "Al Arabia"ya istinadla xəbər verir ki, Pentaqon rəhbəri qismində regiona debüt səfəri edən general Mettisin Əbu-Dabidə vəliəhd-şahzadə Şeyx Məhəmməd bin Zayed əl-Nahayan və ABŞ səfirliyi nümayəndələri ilə görüşəcəyi gözlənilir.
ABŞ rəsmiləri onun gündəliyi haqqında ətraflı açıqlama vermirlər.
Yanvarın sonunda D.Tramp və vəliəhd-şahzadə telefonla danışıb və Ağ Ev rəhbərinin suriyalı qaçqınlar üçün təhlükəsiz zonaların yaradılması təklifi müzakirə edilib.
C.Mattis, güman ki, BƏƏ-də ABŞ-ın "İslam Dövləti"nə qarşı müharibə planlarını müzakirə edəcək.
Suriya, İraq, Yəmən, Livan və Bəhreyndəki durum, habelə İrana qarşı mövqeyin də nəzərdən keçiriləcəyi gözlənilir