XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 10:17

Britaniyalı səfir:"Britaniya Mirziyoyevə yarım milyon ayırdı"

Mirziyayev

Özbəkistanın biznes-mühitini yaxşılaşdırmaq, korrupsiyanı yox etmək və xarici investisiya cəlb etmək cəhdləri yeni hökumət üçün yaxşı başlanğıcdır.

Bunu jurnalistlərə açıqlamasında Britaniyanın Özbəkistandakı səfiri Kristofer Alan söyləyib. O, Britaniyanın Özbəkistanda keçirilən referendumları dəstəklədiyini bildirib.

Səfir rəsmi Daşkəndin iqtisadi islahatlarını dəstəkləmək üçün 500 min dollar yardım ayırdığını söyləyib.

Qeyd edək ki, Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev ölkədə kütləvi reformlara başlayıb. Reformların əsas məqsədi ölkədə açıq biznes mühitinin yaradılmasıdır.

Britaniya ilə Özbəkistan arasında ticarət dövriyyəsi keçən il 43% artaraq, 151,3 milyon dollara çatıb. /Axar.az