İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi Kanadanın Ontario Məhkəməsinin İran əleyhinə qərarının beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.
Strateq.az "Mehr News"a istinadla xəbər verir ki, Behram Qasımi deyib: "Bu qərar beynəlxalq hüquqda iştirak edən məhkəmə və mülkiyyət toxunulmazlığı qanununa zidd olduğu üçün əsla qəbul edilə bilməz".
XİN sözçüsü əlavə edib: "Təəssüf ki, kanadalı hakim bu qərarı beynəlxalq hüquq və dövlətlərin bərabərlik prinsipini əsas götürmədən çıxarıb. Buna görə də o, İran tərəfindən rədd edilir".