XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 14:09

Liviyalı general Türkiyəni ittiham etdi:"Ankara terrorçulara maliyyə dəstəyi verir"

world_03_temp-1425370293-54f56cb5-620x348

Liviyadakı üç qeyri-rəsmi hökumətlərdən birinin rəhbəri, general Xəlifə Həftər Türkiyəni ölkəsindəki terrorçu qruplara maliyyə dəstəyi verməkdə ittiham edib.

Strateq.az "Masrawy" saytına istinadla xəbər verir ki, X.Həftər Misir telekanalına verdiyi müsahibədə deyib: "Liviya ordusunun məqsədi Ankaranın dəstəklədiyi bütün terroristləri ölkədən təmizləməkdir. Türkiyə çoxlu sayda terrorçunu Liviya torpaqlarına sızdırmaq istəyir, ancaq onların planlarını boşa çıxardırıq".

Genral Həftər əlavə edib: "Gələcəkdə Liviya oldusu zəfər qazandıqca, Türkiyə rəhbərliyi də terroristləri dəstəkləməkdən vaz keçmək məcburiyyətində qalacaq".

Xəlifə Həftər ordusunun ölkə bütövlüyü və xüsusilə də təbii qaz və neft enrerji sahələrini qoruyacağını bildirib.

Liviya-Rusiya əlaqələrinə işarə edən X.Həftər deyib: "Rusiya terrora qarşı mübarizədə çox çox səy göstərdiyi üçün onunla münasibətimizi inkişaf etdirmək istəyirik".