"Suriyada rejim müxaliflərinin kimyəvi silahdan istifadəsinə göz yummaq olmaz".
Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Münhen Təhlükəsizlik konfransında bildirib.
"Təəssüf ki, "Nusra" və "İslam Dövləti" hələ də kimyəvi silaha malikdir", – Məhəmməd Cavad Zərif bildirib.
Xatırladaq ki, "Human Rights Watch" rəsmi Dəməşq və onun hərbi müttəfiqlərini Hələb əməliyyatında kimyəvi silahların istifadədə ittiham edib. Lakin Suriya hökuməti, habelə Rusiya və İran "Human Rights Watch"un hesabatını rədd edərək, müxaliflərin həmin silahlardan istifadəsinə dair dəlillər gətirib.