XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2017 - 15:29

“İran davranışını dəyişməzsə, onunla əməkdaşlıq mümkün deyil” –Səudiyyəli nazir

1957966

Səudiyyə Ərəbistanının xarici işlər naziri Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı yenidən İranı ittiham edib.

Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, Adil əl-Cəbir bildirib: "İndi regionda bir çox çətinliklərlə qarşı-qarşıyayıq. Rəsmi Riyad bu problemləri həll etmək üçün bütün ölkələrlə əməkdaşlığa hazırdır".

Nazir iddia edib ki, İran təkcə regionda deyil, dünyada terrorun əsas sponsoru və dəstəkçisidir.

O, rəsmi Tehranı Yəməndəki "Ənsarullah" təşkilatını gizli şəkildə silahlandırmaqda ittiham edib.

"İran davranışını dəyişməzsə, onunla əməkdaşlıq mümkün deyil".