XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 16:25

“Digiturk” referendum ərəfəsində “NO”filmini qadağan etdi

2383257

"Digiturk" fevralın 5-dən Türkiyədə nümayiş etdirilən "'No" ("Xeyr") filmini qadağan edib.

Strateq.az "Sputnik"ə istinadla xəbər verir ki, Çilidə diktator Auqusto Pinochetin ölkədə referendum keçirmə prosesini və referendumda təşkilatlanan "Xeyr" kampaniyasından bəhs edən kinolent fevralın 16-dan nümayişdən çıxarılıb.

"Cumhuriyet" qəzetinin köşə yazarı Çiğdem Toker bununla bağlı yazısında qeyd edib: "Məncə iki seçənək var: ya ölkəni idarə edənlər, Qətər şirkətinin mülkü olan "Digitürk"ə "Nə etdiyinizi başa düşürsünüzmü?"deyərək filmin qadağan edilməsini xahiş (!) edib; ya da "Digiturk" böyük yayım qruplarının qanunlarından ilham alaraq, bu barədə düşülmüş qərar çıxarıb".

Xatırladaq ki, aprel ayında Türkiyədə prezident üsul-idarəsinə keçidlə bağlı referendum keçiriləcək.