XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 Mart 2015 - 07:59

Ərdoğan: “Türkiyə Ermənistanla sərhədləri açmayacaq”

Ərdoğan: Türkiyə Ermənistanla sərhədləri açmayacaq

Türkiyə Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Ermənistanla sərhədlərini açmayacaq.
Trend “Star” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Prezident vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qınayır.
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi barədə danışarkən Ərdoğan qeyd edib ki, əgər Rusiya və ABŞ istəsə, münaqişənin tənzimlənməsi məsələsi çox tez həll edilə bilər.