Qərb kəşfiyyat mənbələri "Hizbullah"ın məhdud sayda "Yaxont" ("Onioks") gəmi əleyhinə raketlər əldə etdiyini bildirir.
Strateq.az İsrailin "Yediot Ahronot" nəşrinə istinadla xəbər verir ki, Rusiya istehsalı olan bu raket sistemləri dünyada ən yaxşı hesab olunur.
"Hizbullah"ın məhdud sayda (səkkiz ədəd) bu kompleksə malik olması barədə məlumatı Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Qərb kəşfiyyat rəsmiləri verib.