XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 07:47

Baş nazir:“Avropa İttifaqının parçalanmasından söhbət gedə bilməz”

Mayk 1

Belçikanın baş naziri Şarl Mişel Brüsseldə səfərdə olan ABŞ vitse-prezidenti Mayk Pens ilə görüşüb.

Baş nazir görüşü konstruktiv adlandırıb.

“Avropa İttifaqının parçalanmasından söhbət belə gedə bilməz. Bu məsələ gündəmdə də deyil. Düşünürəm ki, bu fikri  ABŞ-dakı həmkarlarımıza çatdıra bildik. Çox ehtimal ki, qarşı tərəf bizi anladı”, deyə Ş.Mişel bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını gözəl hadisə kimi dəyərləndirib.

Bu gün ABŞ-ın vitse-prezidenti Mayk Pens Brüsseldə Avropa Ittifaqı Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək.  (APA)