XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 14:06

Sabiq CIA xəfiyyəsi:"Səddamın edamı ciddi səhv idi"

saddam_hussein_7591

Səddam Hüseyni sorğulamış CIA analitiki ələ keçirilən şübhəli şəxsin sabiq İraq lideri olduğuna lap əvvəldən əsla şübhə etmədiyini bildirib.

Strateq.az "Al Arabiya"ya istinadla xəbər verir ki, sabiq xəfiyyə Con Nikson deyib: "Mən onu ilk dəfə görürdüm, amma əsla şübhə etmirdim ki, bu, Səddam Hüseyndir"

C.Nikson 2003-cü ilin dekabrında əsir alınan Səddamı dindirmək üçün seçilmiş agent olub.

"Mənim əsas vəzifəm Səddam Hüseyn haqqında mümkün qədər çoxlu kəşfiyyat məlumatı yığmaq idi. 30-40 sualdan ibarət siyahı hazırlamışdım. Bu suallara ancaq Səddam cavab verə bilərdi".

"Əsas narahatlıq İraqın kütləvi qırğın silahlarına sahib olub-olmadığını müəyyən etmək idi", – C.Nikson deyib. 

"İraq kürdlərinin yaşadığı Hələpçəyə hücumla bağlı suallar Səddamı hiddətləndirdi. O, hərbi əməliyyatı həyata keçirən səhra komandiri Nizar əl-Xəzrəcini bununla bağlı sorğulamağı xahiş etdi", – deyə sabiq xəfiyyə əlavə edib. 

C.Nikson sabiq İraq liderinin yeni hökumətə təhvil verilməsini "ciddi səhv" adlandırıb: "Onun mühakiməsi və edamı sadəcə iraqlılara qanunun aliliyini göstərmək üçün idi".