XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 February 2017 - 16:33

Tehranda dronlardan istifadə qadağan olundu –Baş Qərargahın əmri

An Iranian-made drone is paraded during the Army Day celebrations in Tehran on April 18, 2010. President Mahmoud Ahmadinejad said that Israel was on its way to collapse, as Iran's military displayed a range of home-built drones and missiles at the annual Army Day parade. AFP PHOTO/BEHROUZ MEHRI / AFP PHOTO / BEHROUZ MEHRI

İran hərbçiləri paytaxt Tehranda dronların icazəsiz istifadəsini qadağan ediblər.

Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, Silahlı Qüvvələrin Baş Qərargahı bununla bağlı sərəncam verib.

Bundan sonra dronlara görə iki nazirlikdən və ya dövlət yayım şirkətindən icazə alınmalıdır.

İnqilab Keşikçiləri "Sarəllah" birləşməsinin komandiri Seyyid Əli Rza Rabiei bildirib ki, son illərdə həvəskarlar və kino şirkətləri arasında xeyli populyarlaşmış insansız uçuş aparatlarından Tehranda istifadə qadağandır".

Xatırladaq ki, İran təhlükəsizlik qüvvələri ötən ilin dekabrında prezident və ali dini liderin Tehrandakı ofisləri yaxınlığında bir dronu məhv ediblər.