XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 16:34

ABŞ senatorları Trampı  “Maqnitski qanunu”ndan istifadə etməyə səsləyib

tramp-donald-00

Bəzi senatorlar ABŞ administrasiyasını mürtəce rejimlərlə ünsiyyət zamanı siyasi məhbuslar mövzusunu diqqət mərkəzində saxlamağa çağırıb.

Bu haqda «Turan» xəbər verir.

«Hesab edirəm ki, dissidentlərlə və hüquq müdafiəçiləri ilə görüşlər prezident, vitse-prezident, dövlət katibi, onun müavinləri daxil olmaqla, Ağ Ev administrasiyası üçün çox vacibdir», – respublikaçı senator, Senatın Beynəlxalq münasibətlər, demokratiya və insan haqları komissiyasının sədri Marko Rubio bildirib.

Demokratiyaya dəstəklə bağlı dinləmələrdəki çıxışı zamanı o deyib ki, «dünya demokratlarının liderlərinin insan haqlarının pozulması faktlarını müzakirə etməsi, həmrəylik və dəstək göstərməsi çox vacibdir».

Görkəmli hüquq müdafiəçiləri və ekspertlər qarşısında çıxış edən senator Rubio administrasiyanı insan haqlarının və insan ləyaqətinin müdafiəsində bu yaxınlarda qəbul edilmiş Qlobal Maqnitski qanunundan istifadə etməyə səsləyib.

«Rusiyadan Çinə, Şimali Koreyadan Venesuelaya qədər avtoritarizm hökm sürür, insan azadlığı tənəzzülə uğrayır, QHT-lər haqqında məhdudlaşdırıcı qanunlardan vətəndaş cəmiyyətinin sıxışdırılmasında istifadə olunur. Mətbuat azadlığı şübhə altındadır, siyasi dissidentlər çox zaman özlərini təcrid olunmuş hiss edirlər, onları repressiya edənlər isə cəzasız qalırlar», – Rubio bildirib.

Senator diqqəti ona yönəldib ki, dünyada insan haqlarını görünməmiş halda pozanların bəzisi yaxşı ödənişli lobbiçilər və firmalar saxlayır: «Onlar «beyin mərkəzləri», elmi dairələr və əyləncə industriyasının köməyilə KİV-də kampaniyalar keçirirlər».

Senator-demokrat Robert Menendes də deyib ki, Amerika yeni demokratiyanı dəstəkləməlidir. Çünki bu, ABŞ milli maraqlarının əsasıdır.

Beynəlxalq Respublika İnstitutunun prezidenti Mark Qrin isə Amerikanın demokratiyanı dəstəkləməsi fikrilə razılaşıb. O da vurğulayıb ki, bu, Amerikanın iqtisadi və təhlükəsizlik baxımından maraqlarını əhatə edir.