Fransanın sağçı lideri və prezidentliyə namizəd Marin Le Pen bu gün Beyrutda Livanın prezidenti Mişel Aun ilə danışıqlar aparıb.
Strateq.az AFP-yə istinadla xəbər verir ki, İki rəhbər ilk dəfə bir araya gəlib.
"Biz ölkələrimiz arasında uzun və səmərəli dostluq müzakirə etdik", – deyə Milli Cəbhə lideri bildirib.
M. Le Pen Livandakı bir milyondan çox suriyalı qaçqınla bağlı vəziyyəti də müzakirə edib.